Əhməd Şahidov MHP-nin başkan müavini Atila Kaya ilə görüşdü

kayaAtila Kaya: “Danışıqlarda vasitəçi qismində iştirak edən qüvvələrin hamısı Ermənistanı müdafiə edir, Qarabağı ancaq savaşla azad etmək mümkün olacaq”

Ankarada Milliyyətçi Hərəkat Partiyasının mərkəzi qərargahında baş tutan görüşdə Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub
Xəbər verildiyi kimi, Türkiyədə səfərdə olan şair və yazar, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov paytaxt Ankarada Milliyyətçi Hərəkat Partiyasının mərkəzi qərargahında olub. Partiyanın başkan müavini, MHP İstanbul millət vəkili Atila Kaya ilə görüşən Əhməd Şahidov görüş barədə bunları dedi: “Azərbaycanın yaxın dostu kimi tanınan, bir zamanlar Dağlıq Qarabağ uğrunda gedən müharibədə Türkiyədən gəlmiş mücahidlərlə birlikdə vuruşan Atila Kaya ilə görüşmək planımda var idi”.
Görüş zamanı hər iki ölkənin ortaq maraqları, Türk dünyasının gələcəyi barədə qarşılıqlı fikir mübadiləsi apardıqlarını bildirən Əhməd Şahidov Türkiyəli millət vəkilindən çox şey öyrəndiyini də söylədi: “Bilirsiniz ki, Atila bəy millətçi biridir, mən də içdən, ruhən millətimi, Vətənimi sevən bir insanam. Atila Kaya ilə söhbətimiz də elə bu mövzuda oldu. Məni maraqlandıran bəzi məsələlər barədə suallarımı ünvanladım. Cavabları da mənim biliklərimi artırmış oldu. Atila bəy əslən Azərbaycan türküdür, ata-babaları hələ o zaman Türkiyəyə köçmüş və orada məskunlaşmışlar. O səbəbdən də Azərbaycana sevgisi, bağlılığı var. Dağlıq Qarabağ münasiqəşi alovlanan zaman bir qrup mücahid ilə sərhədi keçmiş və ermənilərə qarşı vuruşmuşlar. Bugün də Türkiyənin bu münaqişədə Azərbaycana tam dəstək verdiyini dilə gətirən millət vəkili sülh danışıqlarının tükəndiyi an savaşa başlamağa və son damla qanına qədər vuruşmağa hazır olduqlarını bildirdi.”
Əhməd Şahidovun sözlərinə görə, MHP İstanbul millət vəkili Atila Kaya Türk Birliyi və bu birlik üçün gərək olan şərtlər barədə də danışmışdır. Əhməd Şahidovun “Sizcə, bu birliyin yaranmasında əsas məsuliyyət və təşəbbüs Türkiyənin üzərinə düşürmü?” sualına cavab olaraq, Atila Kaya bildirmişdir ki, Türkiyə həm əhali sayına, həm də iqtisadi-siyasi-hərbi gücünə görə, 250 milyonluq Türk coğrafiyasında ən böyükdür. Eyni zamanda dünyada güc mərkəzlərindən biridir. Odur ki, bu birliyin yaranması üçün ən ağır iş də Türkiyənin üzərinə düşür. Tez-tez Bakıya səfər etdiyini bildirən millət vəkili Atila Kaya Azərbaycanda baş verən prosesləri yaxından izlədiklərini və Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasında əllərindən gələni etməyə hazır olduqlarını bildirdi.
Sonda yazar Əhməd Şahidov müəllifi olduğu kitabları Atila Kayaya hədiyyə etmişdir. Şeirləri, xüsusən də milli hissləri ehtiva edən şeirləri çox sevdiyini bildirən millət vəkili Atila Kaya həmin kitabları oxuyacağını və fikrini bildirəcəyini söyləmişdir.

shahidov.com/en

IMG_0398 IMG_0400

Facebook Comments