QAR DƏNƏCİKLƏRİ

Ana Sayfa » Şeirlərim » QAR DƏNƏCİKLƏRİ

Sənə söz çatdırmaq olmur
yenə yağırsan!
Heç dönmürsən də inadından,
adam olmursan!
Qış qurtarıb, bahar da gəlib
amma sən qurtarmırsan!
Nə istəyirsən axı məndən?
Nə görmüsən pəncərəmizdə,
ay qar dənəcikləri?!

Bir zamanlar səni çox sevirdim,
yağırdın aram-aram
kədərimə, qəmimə.
Gizlədirdin hamıdan!
Örtürdün arxamca gələn
izləri, ləpirləri.
Bir inci tək bəzəyirdin
sevgisiz ürəkləri.
Unudurdum hər dərdimi,
unudurdum həsrəti.
Daha səni istəmirəm
çıx get pəncərəmizdən!
Yenə axı nə istəyirsən məndən
ay qar dənəcikləri?!

Sən yağdıqca aram-aram
uzaqlaşdım özümdən.
Ayrı qaldım sevgilimdən,
gül üzlü mələyimdən.
Yağdın, yağdın, o qədər ki,
hər yer ağ-appaq oldu.
Örtdün Günəşin qarşısın
soyuqdan qəlbim dondu.
Məhv elədin o sevgini, o hissi
ömrüm boyu yaşatdığım
sevgi dolu nəfəsi.

Sənə daha inanmıram, çıx get
bir də heç dönmə.
Bir də səni heç görməyim
bizim pəncərəmizdə.
Qoy həmişə Günəş çıxsın
işıq saçsın ömrümə,
O sevgisiz donub qalan
hisslər də, duyğular da
aşıb-daşsın çaylar kimi
sel olsun qəlbimizdə!

Bahar gəlsin,
cəh-cəh vursun bülbüllər pəncərəmdə
Ürək coşsun məhəbbətdən
sevgi doğsun qəlbimdə.
Yada düşsün xatirələr,
sevib-sevildiyim an
Bir-bir keçsin göz önündən
ehh! Daha nələr, nələr!
Təkcə səni yada salmaq istəmirəm,
başa düş!
İstəmirəm arzularım bir gün donub
buz olsun!
Sən də yağıb üzərinə, hər şeyi məhv edəsən
İstəyirəm bahar olsun,
qoy həmişə yaz olsun!
Çıx get bizim pəncərədən!
Çıx get mənim ömrümdən!
Sənə görə bada verdim
neçə-neçə illəri.
Nə istəyirsən məndən?
ay qar dənəcikləri?!

Əhməd ŞAHİDOV
19 Mart 2013-cü il saat 02:22, Moskva, Rusiya Federasiyası

News

Gakh State Puppet Theater presents “Good and Evil” at the “2+1” Theater Festival in Baku This mosque in Gakh collapses – Ahmad Shahidov raises issue about Garatala village mosque Ahmad Shahidov speaks about ways to resolve Nagorno-Karabakh conflict at a roundtable in London “Azerbaijan wants fair peace” – Ahmad Shahidov spoke at the international conference in Scotland Ahmad Shahidov spoke about the Nagorno-Karabakh conflict and its humanitarian consequences in UK Parliament A protest action was held in front of the Armenian Embassy in Warsaw under the slogan “Karabakh is Azerbaijan!” “Presidency in Non-Aligned Movement opens new opportunities for Azerbaijan” – Ahmad Shahidov spoke to Iran’s “Sahar” channel “The process of exchanging captives and hostages may take place soon” – Ahmad Shahidov “Konstantin Zatulin’s activity violates international law” – Ahmad Shahidov told to ARB24 Television The President’s statement “Karabakh is Azerbaijan!” has been discussed on Leader Television When will Azerbaijani hostages Dilgam Asgarov and Shahbaz Guliyev be exchanged? – Discussions on “ATV Actual” program How do we protect the national interests of Azerbaijan on international platforms? | “Day Overview” program | ARB TV The issues of Nagorno Karabakh conflict and Azerbaijani hostages were discussed at the international human rights conference in London Armenian separatist attempt at PACE was revealed on “Day Overview” program of ARB Television Armenian separatists’ attempt in PACE was prevented – protest against the “ombudsman” of so-called regime