YALNIZLIQ

Ana Sayfa » Şeirlərim » YALNIZLIQ


ahmadSanki doğuşdan tək mən gəlmişəm
bu dünyaya
İllərdir tək başına yaşayıram
bu qoca dünyada
Heç kimsəm yox!
Salamlaşmağa, küçədə görəndə uzaqdan
əl sallayıb, başı ilə kefimi sormağa.
Bir dostum yox!
Tanışım yox!

Yalnızam həyatda, yapa yalnız,
bayquşlar kimi!
Hər gün səhərdən axşama qədər
tək başına dolanıram küçələri
o yana, bu yana
dəlilər kimi!
Sanki gəlib keçən insanlar
məni görmür, məni eşitmir,
Kimsə məndən saat soruşmur
Kimsə metroya necə getməyi.
Heç dilənçi də heç nə istəmir məndən
gəlib yanımdan ötsə də.
İnsanlar qaçır məndən
mən onlara tərəf getsəm də.

Sıxılıram bu yalnızlıqdan,
bu kimsəsizlikdən, bu səssizlikdən
qaçmaq istəyirəm uzaqlara,
imkan düşdükcə qaçıram da.
Gah təhsil dalıyca gedirəm
soyuq-şaxtalı qürbət ellərə,
Gah da gəzmək adıyla gedirəm
yaxın-uzaq bir yerlərə.
Gah da səbəbsiz-filansız
pencəyimi çiynimə atıb çıxıram evdən.
Hara mənə xoşdursa, harda çoxlu insan varsa,
ora gedirəm.
Әl çəkmir məndən yalnızlıq duyğusu.
Yenə yalnızam!

Qürbət eldə bir də həsrət qoxusu dolur içimə,
Yadelli insanların içində təklənirəm,
Danışmağa, dərdləşməyə kimsə tapa bilmirəm
Yenə yalnızlıq alır məni qucağına.
Başlayıram darıxmağa, burnumun ucu göynəyir
o yerlər üçün, hər gün gəzdiyim, dolaşdığım,
yalnız olsam da gəzişdiyim o küçələr üçün.
Bir an içində qayıtmaq istəyirəm
sanki kimsə gözləyirmiş kimi
sanki kimsə məni qarşılayacaqmış kimi
sanki mənə “Xoş gəldin” deyəcək insanlar varmış kimi
yenə də qayıtmaq istəyirəm hər günkü həyatıma.
Qayıdıram!
Böyük həvəslə, böyük coşqu ilə,
böyük ümid və böyük inamla
gəlib çıxıram həmin küçəyə.
Həmin küçə! Həmin insanlar!
Gəlib keçirlər yenə yanımdan
yenə görmürlər məni.
Həmin yollar! Həmin maşınlar
Yenə şütüyürlər yanımdan
az qala məni vururmuş kimi
görmürlər məni.
Hər şeydən, hamıdan əlimi üzdüyüm an
biri uzaqdan əl yelləyir mənə,
Sevindim!
Bir az da yaxınlaşdı mənə
məni görüb gülümsəyirdi
Sevincim bir az da artırdı,
Həyatda tək olmadığım üçün
çox xoşbəxt idim.
Gəldi çatdı, yaxınlaşıb
qulağıma pıçıldadı
“Salam, dostum” dedi,
“Әleykum salam” dedim.
Dedi “Mən yalnızlığam”
Durdum baxdım gözlərinə
“Səni heç vaxt tək buraxmaram,
Səninlə dostam bugündən” söylədi…
Dedi və çevrilib çıxıb getdi.
Qaldım küçənin ortasında
Tək tənha, yapa yalnız!
Anladım ki, tək deyiləm daha
İkimizik bu həyatda
Mən və yalnızlıq!

Әhməd ŞAHİDOV
29 Mart 2013-cü il saat 02:05, Bakı, Azərbaycan

News

Gakh State Puppet Theater presents “Good and Evil” at the “2+1” Theater Festival in Baku This mosque in Gakh collapses – Ahmad Shahidov raises issue about Garatala village mosque Ahmad Shahidov speaks about ways to resolve Nagorno-Karabakh conflict at a roundtable in London “Azerbaijan wants fair peace” – Ahmad Shahidov spoke at the international conference in Scotland Ahmad Shahidov spoke about the Nagorno-Karabakh conflict and its humanitarian consequences in UK Parliament A protest action was held in front of the Armenian Embassy in Warsaw under the slogan “Karabakh is Azerbaijan!” “Presidency in Non-Aligned Movement opens new opportunities for Azerbaijan” – Ahmad Shahidov spoke to Iran’s “Sahar” channel “The process of exchanging captives and hostages may take place soon” – Ahmad Shahidov “Konstantin Zatulin’s activity violates international law” – Ahmad Shahidov told to ARB24 Television The President’s statement “Karabakh is Azerbaijan!” has been discussed on Leader Television When will Azerbaijani hostages Dilgam Asgarov and Shahbaz Guliyev be exchanged? – Discussions on “ATV Actual” program How do we protect the national interests of Azerbaijan on international platforms? | “Day Overview” program | ARB TV The issues of Nagorno Karabakh conflict and Azerbaijani hostages were discussed at the international human rights conference in London Armenian separatist attempt at PACE was revealed on “Day Overview” program of ARB Television Armenian separatists’ attempt in PACE was prevented – protest against the “ombudsman” of so-called regime