TURSAM rəhbəri Əhməd Şahidov Türkiyənin Polşadakı səfiri ilə görüşüb – FOTO

yusifziyaozcan292ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin dəvəti ilə Sentyabr ayının 23-dən Polşanın paytaxtı Varşava şəhərində işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Türkiyə Cümhuriyyətinin Polşadakı səfiri Yusif Ziya Özcan ilə görüşmüşdür.
Səmimi şəraitdə keçən görüş zamanı Əhməd Şahidov rəhbərlik etdiyi TURSAM təşkilatı haqqında ətraflı məlumat vermiş və təşkilatın Türkiyə, habelə ŞKTC-də keçirdiyi tədbirlər barədə səfirə bilgi vermişdir. Avropa ölkələrində də bu tip tədbirlərin keçirilməsini lazım sayan Türkiyə səfiri Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu və ortaq maraqlar uğrunda birgə fəaliyyətin vacibliyini vurğulamışdır. TURSAM rəhbəri Əhməd Şahidov Avropa ölkələrində də silsilə tədbirlər keçirilməsi barədə səfir Yusif Ziya Özcanla fikir mübadiləsi aparmışdır.

Facebook Comments