Əhməd Şahidov Şimali Kiprin təhsil naziri ilə görüşdü – FOTO

tehsil_naziri292ŞKTC təhsil naziri Mustafa Arabacıoğluna “Sıfır Nöqtəsi” romanı təqdim edildi
Şimali Kiprdə işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, gənc yazıçı Əhməd Şahidov Noyabrın 7-də ŞKTC təhsil naziri Mustafa Arabacıoğlu ilə görüşmüşdür. Səmimi şəraitdə keçən görüş zamanı Azərbaycan və ŞKTC arasında xüsusən də təhsil sahəsində əlaqələr müzakirə olunmuş, azərbaycanlı gənclərin Şimali Kipr universitetlərində təhsil alması, onların sosial qayğıları və təhsilin səviyyəsi haqqında fikir mübadiləsi aparılmışdır.

Hazırda Şimali Kiprdə 2000-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdıran təhsil naziri Mustafa Arabacıoğlu həmin gənclərin daha sonra ABŞ və Avropa universitetlərinə göndərildiyini və hər il yeni-yeni tələbələrin gəldiyini bildirmişdir.

Bu dəfəki səfərinin əsas məqsədinin Şimali Kiprə həsr etdiyi “Sıfır Nöqtəsi” romanının tanıtımı ilə bağlı olduğunu vurğulayan Əhməd Şahidov bu əsərin əsas mövzusunun da elə azərbaycanlı gəncin təhsil məqsədilə Şimali Kiprə gəlişi ilə bağlı olduğunu demişdir. ŞKTC təhsil naziri Mustafa Arabacıoğlu üçün romanını imzalayan Əhməd Şahidov sonda xatirə fotosu çəkdirmişdir.

Facebook Comments