Əhməd Şahidov Kürmükoba bayramı münasibətilə Qax sakinlərini təbrik edib: “Yenə birlikdə olacayıq”

Mayın 6-da Qax rayonunda həm azərbaycanlıların, həm də gürcülərin birgə bayramı olan Kürmükoba Bayramı qeyd olunur. Bayramda dini mənsubiyyətindən asılı olmayaraq, hər bir qaxlı iştirak edir. Bayram günü Kürmük məbədi ziyarət olunur. Ölkədə tətbiq olunan xüsusi karantin rejimi səbəbiylə 10 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan olunduğundan, bu bayram əvvəlki illərdə olduğu kimi qeyd olunmur. Amma insanlar daxilən bu bayramı qeyd edir və dualarını edirlər.

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov da ənənəsinə sadiq qalaraq, bugün bayram münasibətilə qaxlıları Kürmükoba Bayramı münasibətilə təbrik edib. Karantin rejimi səbəbindən Qaxda ola bilməyən Əhməd Şahidov video müraciət edərək, bütün qaxlıları və bu bayramı qeyd edənləri Kürmükoba bayramı münasibətilə səmimi qəlbdən təbrik edib və tezliklə yenidən qaxlılarla birlikdə olacağını bildirib.

Bu yazını Facebookda şərh et