Əhməd Şahidov Xocavənd və Füzuli ərazisində aşkar edilən kütləvi məzarlıqlar barədə danışıb – ARB24

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, aşkar edilən kütləvi məzarlıqdan çıxarılan qalıqların şəxsiyyəti müəyyənləşdirilir.

Bu yazını Facebookda şərh et