Ulusal Kanalda Türk Dövlətləri Diaspor Təşkilatının Bursa Forumu müzakirə edilib

Türkiyənin Bursa şəhərində Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı’nın (YTB) ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) II Diaspora Forumu keçirilib. Proqramda 20 milyonluq böyük diaspor potensialına malik Türk Dövlətləri Təşkilatının fəaliyyəti önə çəkilib, üzv ölkələrin əməkdaşlığı vurğulanıb.

Ulusal Kanalın “Günlük” verilişində II Diaspor Forumu geniş müzakirə olunub. Aparıcı Seda Anıkın qonaqları Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və Polşada Azərbaycan Evinin təsisçisi Cavid Zeynalov olub.

Bu yazını Facebookda şərh et