“Ukrayna böhranı və onun qlobal və regional təhlükəsizliyə təsiri” adlı beynəlxalq konfrans keçirilib

Aprelin 20-də İstanbul Aydın Universiteti və Milli Təhlükəsizlik və Strategiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Ukrayna böhranı və onun qlobal və regional təhlükəsizliyə təsirləri” adlı onlayn konfrans keçirilib.

Konfransda təqaüddə olan amerikalı general-leytenant Ben Hodges (Avropa Siyasət Təhlili Mərkəzindən – CEPA), Türkiyənin NATO-dakı keçmiş Daimi Nümayəndəsi, keçmiş Səfir Fatih Ceylan, Hərbi Tarix üzrə təqaüdçü professor Dr. Edvard J. Erickson, Nitsa Avropa İnstitutunun müəllimi Dr. George Tzogopulos, Dimitrie Cantemir Xristian Universitetinin Senatının sədri professor Dr. Korina Adriana Dumitresku və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Dr. Əhməd Şahidov çıxış ediblər.

İstanbul Aydın Universitetinin YouTube kanalında canlı yayımlanan onlayn Zoom konfransında Ukrayna-Rusiya müharibəsi ilə bağlı maraqlı fikirlər səsləndirilib.

Bu yazını Facebookda şərh et