Əhməd Şahidov Lənkəran gəncləri qarşısında çıxış edib: dini radikalizm və ekstremizmlə mübarizə

Aprelin 27-də Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı tədbir keçirilib.

Tədbirdə Lənkəran şəhər İcra Hakimiyəti, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Lənkəran gəncləri və ictimaiyyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin Fərid Şahbazlı mövzunun aktuallığı və Dövlət-din münasibətləri barədə çıxış edib. Daha sonra Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidov, AzXeber Portalının baş redaktoru Hacıbəy Heydərli, Lənkəran şəhər İcra Hakimiyətinin məsul əməkdaşı və digərləri çıxış ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxış edərək, dini radikalizm və ekstremizmi qlobal bir təhdid kimi dəyərləndirib və Azərbaycan bu təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər, habelə gənclərin bu problemlə mübarizədə nəzərə almalı amillər barədə danışıb.

Bu yazını Facebookda şərh et