Əhməd Şahidov Gəncədə dini radikalizm və ekstremizmlə mübarizə yollarından danışıb

Aprelin 29-da Gəncə şəhəri Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin üzvü, millət vəkili Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Gəncə regional şöbəsinin müdiri Həsən Məmmədov, AzXeber Portalının baş redaktoru Hacıbəy Heydərli, Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının nümayəndəsi və digər natiqlər Gəncə gəncləri və ictimaiyyəti qarşısında çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin Fərid Şahbazlı mövzunun aktuallığı və Dövlət-din münasibətləri barədə çıxış edib.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxış edərək, dini radikalizm və ekstremizmi qlobal bir təhdid kimi dəyərləndirib və Azərbaycan bu təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər, habelə gənclərin bu problemlə mübarizədə nəzərə almalı amillər barədə danışıb.

Bu yazını Facebookda şərh et