Tbilisidə “Gürcüstan və Azərbaycanın ortaq keçmişi və hədəfləri” adlı dəyirmi masa keçirilib

Mayın 28-də Tbilisi Texniki Universitetində Azərbaycan və Gürcüstanın Müstəqillik günlərinə həsr olunan “Gürcüstan və Azərbaycanın ortaq keçmişi və hədəfləri” adlı dəyirmi masa baş tutub.

Toplantıda Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Texniki Universitetin rektor və professorları, azərbaycanlı, gürcü elm adamları, siyasi ekspertlər, analitiklər və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən gürcü və azərbaycanlı elm adamları, iki ölkənin ortaq keçmişindən və qarşıya qoyulan hədəfləri barədə söz açıblar.

Bildirilib ki, elmi araşdırmalar sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin reallaşdırılması üçün mövcud potensial tam istifadə olunmayıb. Qeyd olunub ki, bunun üçün qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bu sahədə birgə layihələrin həyata keçirlməsi çöx mühümdür.

Tədbirdə çıxış edən Azərbaycan Dmeokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov iki dost və qardaş ölkə arasınbdakı münasibətlərin tarixi və gələcək perspektivləri barədə məlumat verib.

Bu yazını Facebookda şərh et