“Bugün müsəlman və xristian qaçqınlar Türkiyəyə və Rəcəp Tayyip Erdoğana sığınırlar” – Əhməd Şahidov ATƏT-də çıxış edib

Oktyabrın 6-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə davam edib.

Bugünkü müzakirələr “Humanitar məsələlər: Hərbi münaqişələr konteksində qaçqınlar və məcburi köçkünlərin hüquqları” mövzusunda davam edib. Müzakirələrdə yaxından iştirak edən Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 5 milyondan çox müsəlman qaçqının Türkiyə Respublikasına sığındığını və onların Türkiyə cəmiyyətinə tam inteqrasiya etdiyini vurğulayıb.

Avropada müsəlman qaçqınlara qarşı ifrat diskriminasiya hallarının davam etdiyini bildirən Əhməd Şahidov Türkiyəni örnək ölkə adlandırıb və Türkiyədə müsəlmanlarla yanaşı, xristian mənşəli məcburi köçünlərin də yaşadğını diqqətə çatdırıb.

Ukrayna-Rusiya savaşı zamanı həm Ukraynadan, həm də Rusiyadan insanların Türkiyəyə sığındığını deyən hüquq müdafiəçisi bugün dünyadakı müsəlman və xristian qaçqınların Co Baydenə və ya Emmanuel Makrona deyil, Türkiyəyə və onun lideri Recep Tayyip Erdoğana inandığını bildirib.

Bu yazını Facebookda şərh et