“Qarabağ erməniləri artıq Azərbaycana inteqrasiya barədə düşünür” – Əhməd Şahidov Xəzər TV`ə danışıb

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib.

Xankəndi sakini olan erməniyə qayğı göstərilib, ona isti yemək və siqaret verilib, əlavə ərzaq ehtiyatı ilə təmin olunaraq, bugün Şuşadan Xankəndiyə yola salınıb.

Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə “sağ ol” deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Məsələ ilə bağlı Xəzər Televiizyasının “Xəzər Xəbər” proqramına danışan hüquq müdafiəçisi Əhməd Şahidov yaxın günlərdə Qarabağ ermənilərindən analoji müraciətlərin çoxalacağını da bildirib: “Qarabağ erməniləri artıq Ruben Vardanyan və onun kimilərin saxta idarəçiliyinə inanmırlar. Xankəndi və ətraf ərazilərdəki ermənilərin Azərbaycan Respublikasına inteqrasiya etmək barədə fikirləri var. İnşallah, Xankəndidə Azərbaycanın üçrəngli bayrağının dalğalanacağı gün yaxındır”.

Bu yazını Facebookda şərh et