“Moskva görüşü Azərbaycanın diplomatik cəbhədə üstünlüyünü nümayiş etdirdi” – Dr. Əhməd Şahidov

Bu gün Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında keçirilən görüşdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin şərtlərinin yerinə yetirilməsi və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi müzakirə edilib.

Hətta bu görüşə Ermənistanın xarici işlər naziri də dəvət edilmişdi, lakin erməni tərəfi son anda bu görüşdə iştirakdan imtina etdi.

TRT World Televiziyasının “Xəbər Saatı” proqramında danışan politoloq Dr. Əhməd Şahidov bildirib ki, Ermənistan artıq bütün beynəlxalq platformalarda təcrid olunub və Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi fonunda Azərbaycan diplomatik cəbhədə qazanır.

Bu yazını Facebookda şərh et