“Moskva görüşü Azərbaycanın diplomatik cəbhədə üstünlüyünü göstərdi” – Əhməd Şahidov ARB24`ə danışıb

Bugün Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında keçirilən görüşdə əsasən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirilməsi və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin layihəsi müzakirə predmeti olub.

Əslində bu görüşə Ermənistan xarici işlər naziri də dəvət olunmuşdu, amma Ermənistan tərəfi son anda bu görüşə qatılmaqdan imtina etdi.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “İş Vaxtı” proqramının qonağı olan siyasi şərhçi Əhməd Şahidov Ermənistanın artıq bütün beynəlxalq platformalarda təkləndiyini və Rusiya-Ermənistan münasibətlərinin korlanması fonunda Azərbaycanın diplomatik cəbhədə də dividentlər əldə etdiyini bildirib.

Bu yazını Facebookda şərh et