Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 31. ildönümü və bölgə gündəmi Akit TV`də müzakirə olundu

Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasından 31 il ötür. İki qardaş ölkə arasında diplomatik münasibətlər 1991-ci ilin noyabrın 9-da rəsmi Ankaranın Azərbaycanın müstəqilliyini tanımasından bir neçə ay sonra – 1992-ci il yanvarın 14-də qurulub.

Həmin ilin avqustunda Azərbaycan Türkiyədə səfirlik açıb. 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilib. Eyni zamanda Türkiyənin Bakıda səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.

Bu münasibətlə Akit Televiziyasında danışan siyasi şərhçi Əhməd Şahidov iki ölkə arasındakı münasibətlərin bugün də uğurla davam etdiyini və ortaq hədəflərə doğru irəlilədiyini bildirib.

Daha sonra bölgədəki son vəziyyətlə bağlı danışan Əhməd Şahidov Zəngəzur Koridorunun açılması, Azərbaycan və Ermənistan arasındakı gərginlik və Ermənistan-Rusiya münasibətlərindəki qarşılıqlı ittihamlar barədə də şərh verib.

Bu yazını Facebookda şərh et