Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciəti üzrə dinləmələr keçirəcək – Xəzər Televiziyası

Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq.

Bununla bağlı Xəzər Televiziyasının “Xəzər Xəbər” proqramına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın bütün beynəlxalq siyasi-hüquqi platformalarda ciddi həmlələr etdiyini və Ermənistanın dağıdıcı siyasətinin ardıcıl şəkildə ifşa edildiyini diqqətə çatdırıb: “Bu, Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətidir. Ötən ilki müraciətə baxıldı və Ermənistana xəbərdarlıq edildi. Düşünürəm ki, Yanvarın 31-də keçiriləcək dinləmələrdə də erməni tərəfi tutarlı dəlil və sübutlarla ifşa ediləcək.”

Bu yazını Facebookda şərh et