Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi olan 20 Yanvar qətliamı və dünya gündəmi TV5`də müzakirə olunub

Tarixə “Qanlı Yanvar” kimi düşmüş qətliamın acısı 33 il keçsə də, bütün azərbaycanlıların yaddaşında təzədir. Azərbaycanda qəhrəmanlıq dastanı kimi yadda qalan Qanlı Yanvar hadisələri həm də 70 illik sovet əsarətindən sonra müstəqilliyin əldə edilməsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

TV5 kanalında yayımlanan “Dünya gündəmi” proqramına danışan siyasi şərhçi Əhməd Şahidov 20 Yanvar hadisələri ilə bağlı açıqlamalar verib və bildirib ki, bu qətliam Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olub.

Jurnalist Kazım Kazımovun suallarını cavablandıran Əhməd Şahidov Ukrayna-Rusiya müharibəsini və bu müharibənin dünya ölkələrinə təsirini dəyərləndirib.

Bu yazını Facebookda şərh et