İsveçin Türkiyə və İslam düşmənçiliyi və dünya gündəmi BBNTürk kanalında müzakirə edilib

İsveçdə son zamanlar Türkiyə və İslam düşmənliyini özündə əks etdirən irqçi və faşist fəaliyyətlər haqlı narazılığa səbəb olmaqdadır. PKK terror təşkilatı üzvlərinin Stokholmda Türkiyə dövlətinə qarşı təxribat xarakterli aksiyası, habelə ifrat sağçı siyasi partiya olan Stram Kurs lideri Rasmus Paludan`ın Türkiyənin Stokholmdakı səfirliyi qarşısın Qurani Kərimi yandırması bu təxribatların bir hissəsidir.

Məsələ ilə bağlı BBNTürk kanalında yayımlanan “Xarici İşlər” proqramında danışan siyasi şərhçi Əhməd Şahidov İsveçdə irqçi və faşist fəaliyyətlərin artıq qırmızı xətti keçdiyini və bu məsələdə İsveçə sərt etiraz etməyin vacibliyini vurğuladı: “Bu məsələ təkcə Türkiyəyə qarşı deyil, bütün Türk-İsman dünyasına qarşı bir təxribatdır. Təcili olaraq, Türk Dövlətləri Təşkilatı, İslam əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar sərt açıqlamalar verməli və İsveç hökumətinə etiraz notası bildirməlidir”.

Bu yazını Facebookda şərh et