“Azərbaycan səfirliyinə edilən terror aktına görə Tehran rejimi məsuliyyət daşıyır” – Əhməd Şahidov ANews kanalına danışıb

Bu gün Azərbaycan Respublikasının Tehran şəhərində yerləşən səfirliyinə silahlı basqın edilib. Silahlı şəxs səfirliyə daxil olub, bir nəfəri öldürüb, iki nəfəri yaralayıb.

Bütün beynəlxalq təşkilatlar və xarici ölkələr bu hadisəni terror hadisəsi kimi pisləsələr də, İran rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Mövzu ilə bağlı ingilis dilli ANews kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bu terror hadisəsinə görə məsuliyyətin İran dövlətinə aid olduğunu bildirib: “Bu, açıq-aşkar terror aktıdır və pislənməlidir. İran dövləti hadisəni araşdırmasa və sifarişçiləri ortaya çıxarmasa, İranın bu terror cinayətində şərik olması şübhəsi daha da artacaq. Çünki Azərbaycan səfirliyinə silahlı hücumun bütün məsuliyyəti İran dövlətinin üzərinə düşür”.

Bu yazını Facebookda şərh et