Əhməd Şahidov Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Həsən Əl Jamali ilə görüşüb

Qətərdə işgüzar səfərdə olan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Həsən Əl Jamali ilə görüşüb. Dohada keçirilən iki günlük beynəlxalq insan haqları konfransı çərçivəsində baş tutan təkbətək görüş zamanı qarşılıqlı əməkdaşlıq və ortaq fəaliyyət məsələləri müzakirə edilib.

Qətər Milli İnsan Haqları Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən Əhməd Şahidov qarşılıqlı maraq doğuran məsələlərlə bağlı Avropada və və beynəlxalq platformalarda səmərəli fəaliyyət göstərməyin zəruri olduğunu və bunun üçün bütün imkanların mövcud olduğunu bildirib.

Dəvəti qəbul edib Qətərə gəldiyi üçün Əhməd Şahidova dərin təşəkkürünü ifadə edən Sultan bin Həsən Əl Jamali Qətər Dövlətinin və Qətər Milli İnsan Haqları Komitəsinin beynəlxalq tədbir və konfranslara xüsusi önəm verdiyini qeyd edib.

Bu yazını Facebookda şərh et