Əhməd Şahidov ARB24`də müharibə cinayətləri – minalanmış ərazilər və kütləvi məzarlıqlardan danışıb

Ötən gün Füzulidə mina axtarışları zamanı azərbaycanlılara məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb.

Ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də ərazilərin minalardan təmizlənməsidir. Bugün Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu məsələyə toxunub və Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “İş Vaxtı” proqramında çıxış edən hüquq müdafiəşçisi Əhməd Şahidov Ermənistanın törətdiyi müharibə cinayətləri – ərazilərin minalardan təmizlənməsi və işğaldan azad edilən ərazilərdə azərbaycanlılara məxsus insan skeleti qalıqları ilə bağlı danışıb.

Bu yazını Facebookda şərh et