“Qarabağdakı erməni separatçıların heç bir şansı yoxdur” – Əhməd Şahidov Akit TV`yə Bakının planlarından danışıb

Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qanunsuz erməni quldur dəstələrinə canlı qüvvə, döyüş sursatı, mina və digər maddi-texniki təminat vasitələrinin daşınması və erməni silahlı birləşmələrinin sərbəst hərəkəti üçün şərait yaradılması faktiki olaraq əldə edilmiş razılaşmaların Rusiya sülhməramlıları tərəfindən kobud şəkildə pozulmasıdır.

Bu cür müntəzəm qanunsuz fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin sonunda Azərbaycan tərəfindən sərhəd-keçid məntəqəsinin yaradılmasının zəruriliyini göstərir.

Ötən həftə Şuşa yaxınlığındakı Sarıbaba təpəsi ətrafında irəliləyən Azərbaycan ordusu strateji əhəmiyyətli məntəqələri nəzarətə götürərək burada möhkəmləndirmə işlərinə başlayıb və nəzarət-buraxılış məntəqəsi yaradıb. Artıq ermənilərin gizli şəkildə silah daşıdığı yollar Azərbaycan ordusunun nəzarəti altındadır.

Mövzu ilə bağlı Türkiyənin Akit Televiziyasına danışan siyasi şərhçi Dr. Əhməd Şahidov bildirib ki, Qarabağdakı bütün qanunsuz erməni silahlı birləşmələri zərərsizləşdiriləcək və qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası təmin olunacaq.

Bu yazını Facebookda şərh et