Ermənistan növbəti dəfə Cenevrə Konvensiyasının tələblərini pozur – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistan məhkəməsi əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgər barədə həbs qərarı verib.

Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçilərinə qarşı bir neçə maddə ilə cinayət işi açıb.

Ermənistan Baş Prokurorluğunun məlumatına əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanılıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.

Məsələ ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan tərəfinin növbəti dəfə Cenevrə Konvensiyasının tələblərini kobud surət pozduğunu deyib.

Bu yazını Facebookda şərh et