Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddiasını rədd etdi – Əhməd Şahidov ARB24`ə danışıb

Cari il aprelin 21-də Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.

Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.

Məsələ ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın beynəlxalq hüquq və diplomatiya plaformalarında da ardıcıl fiaskoya uğradını deyib və Azərbaycanın haqlı tərəf olaraq, öz hədəflərinə nail olduğunu vurğulayıb.

Bu yazını Facebookda şərh et