Əhməd Şahidov ATƏT`in Vyana toplantısında Ermənistanın müharibə cinayətləri və Bakıdakı Soyqırım Muzeyi barədə danışıb

Bugün Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in İnsan Haqları və Demokratik Təsisatlar Ofisinin təşkil etdiyi “Münaqişə zonalarında işgəncə faktları və beynəlxalq humanitar hüququn digər ağır pozulma halları” mövzusunda beynəlxlq konfrans öz işini davam etdirib.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və dövlət qurumları təmsilçilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında mövcud münaqişələr və işgəncə halları mövzusu geniş müzakirə olunub.

Tədbirdə çıxış edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə danışıb və 1991-ci ildən başlayaraq ermənilər tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı, Ağdaban və Qaradağlı faciələri, Bağanis Ayrım qətliamı və digər qırğınlar barədə məlumat verib.

Ermənistanın müharibə cinayətlərinin sənədləşdirildiyini diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov Respublika Hərbi Prokurorluğu nəzdində yaradılan Soyqırım Muzeyi barədə məlumat vermiş, bu muzeydə sərgilənən sübut və dəlillərin önəminə diqqət çəkmişdir.

Bu yazını Facebookda şərh et