AŞPA`nın Yaz Sessiyası hansı müzakirələrlə yadda qaldı – Əhməd Şahidov ARB24 kanalına danışıb

24-28 Aprel tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Yaz Sessiyası keçirilib. AŞPA`nın bu dəfəki sessiyasında əsas gündəm Ukraynadakı müharibə və Türkiyədəki zəlzələ mövzuları olub.

Azərbaycan nümayəndə heyəti də AŞPA`nın işində aktiv fəaliyyət göstərib. Belə ki, erməni deputatların Laçın koridoru ilə bağlı təxribat xarakterli çıxışlarına cavab olaraq, azərbaycanlı deputatlar tutarlı arqumentlərlə çıxış edərək, AŞPA üzvlərini məlumatlandırıblar.

AŞPA`nın Yaz Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bu dəfəki müzakirələrin gedişi barədə məlumat verib.

Bu yazını Facebookda şərh et