Misirin nüfuzlu Al Qahera kanalında debat – Ermənistan və Azərbaycan münasibətləri müzakirə edildi

Misir Ərəb Respublikasının tanınmış xəbər kanallarından sayılan Al Qahera Televiziyasında Ermənistan və Azərbaycan arasında baş tutan son danışıqların predmeti müzakirə edilib.

Gərgin müzakirələr şəklində keçən debatda Rusiyadan siyasi şərhçi Sergey Markov, Azərbaycandan siyasi şərhçi Əhməd Şahidov, Ermənistandan isə deputat Artur Xaçaturyan iştirak ediblər.

Ermənistan-Azərbaycan arasında davam edən sülh danışıqları fonunda erməni tərəfinin sərhəddə törətdiyi təxribatlar barədə danışan Əhməd Şahidov Azərbaycan dövlətinin Laçın koridoru üzərində sərhəd buraxılış məntəqəsi qurmasını beynəlxalq hüquqa tamamilə uyğun olduğunu bildirib və həmin ərazilərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olduğunu qeyd edib.

Erməni deputat Artur Xaçaturyanın Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi cəfəng fikirlərə münasibət bildirən Əhməd Şahidov hazırda Qarabağ məsələsinin müzakirə predmeti olmadığını və tərəflər arasında danışıqların iki ölkənin dövlət sərhədlərinin delimitasiyası olduğunu bildirib.

Bu yazını Facebookda şərh et