“Bugün Türkiyə bütün dünyaya demokratiya nümunəsi göstərdi” – Əhməd Şahidov ANews kanalına danışıb

Bugün Türkiyədə seçkilər keçirildi. İlkin nəticələrə görə, Cumhur İttifaqı və onun namizədi Recep Tayyip Erdoğan öndədir. İkinci yerdə Millət İttifaqı və onun namizədi Kemal Kılıçdaroğludur.

Bugünkü seçkilərlə bağlı ANews kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov Türkiyənin bütün dünyaya demokratya nümunəsi göstərdiyini deyib: “Türk Milləti öz seçimini etdi. İlkin nəticələrə görə, Cumhur İttifaqı və onun namizədi Recep Tayyip Erdoğan irəlidədir. Gözlənilən nəticədir. Çünki Erdoğan son 20 ildə Türkiyəni böyük inkişaf yolu ilə aparıb. Türkiyədəki seçkilər bütün dünyada yaxından izlənilir. Bugün Türkiyə bütün dünyaya demokratiya nümunəsi göstərdi”.

Bu yazını Facebookda şərh et