“Seçki fəallığı yüksəkdir” – Əhməd Şahidov Türkiyədəki seçkiləri ARB24 kanalına şərh edib

Bugün Türkiyə Respublikasında seçkilərin ikinci turu keçirilir. Bu mərhələdə Cumhur İttifaqı`nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqı`nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Seçki prosesini yaxından izləyən siyasi şərhçi Əhməd Şahidov Türkiyədən ARB24 kanalına müsahibə verib. Seçki prosesini dəyərləndirən Əhməd Şahidov bu seçkilərin Azərbaycan-Türkiyə münasibətlərinə təsiri barədə də fikirlərini bölüşüb.

Bu yazını Facebookda şərh et