“Erməni işğalı dönəmində hədəf həm də azərbaycanlı uşaqlar idi” – Əhməd Şahidov CBC Azərbaycan kanalına danışıb

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi zamanı ən çox ziyan görən də azərbaycanlı uşaqlar oldu. Bu barədə CBC Azərbaycan kanalına müsahibə verən hüquq müdafiəçisi Əhməd Şahidov Birinci Qarabağ müharibəsi zamanı – Xocalı soyqırımı, Bağanis-Ayrım, Qaradağlı və digər qətliamlar zamanı, habelə İkinci Qarabağ Müharibəsi zamanı ermənilərin xüsusilə də mülki azərbaycanlıları – qadın və uşaqları hədəf aldıqlarını deyib. Bu məsələnin hər zaman Azərbaycan tərəfinin gündəmində olduğunu deyən Əhməd Şahidov beynəlxalq təşkilatların bu mövzuda səssiz qaldığını təəssüflə qeyd edib.

Bu yazını Facebookda şərh et