ŞKTC prezidenti Ersin Tatar Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovu qəbul etdi

Prezident Ersin Tatar qəbul zamanı çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Kipr Rum tərəfinin zehniyyətinin dəyişmədiyinə diqqət çəkən prezident Ersin Tatar Kiprli rumların Türkiyə ilə Kipr Türklərinin əlaqələrini kəsmək və adanı Helen adası etmək məqsədi daşıdığını bildirib. Prezident Ersin Tatar qeyd edib ki, Kipr Türk xalqı ayrı bir xalq olaraq öz gələcəyini təyin etmək hüququna malikdir. Gələcəyə ümidlə baxmağımızın düsturunun ayrı bir dövlətdən keçdiyini vurğulayan prezident Ersin Tatar Cənubi Kiprlə əməkdaşlığa açıq olduğunu da dilə gətirdi.

Adanın Türkiyə-Yunanıstan balansının qorunması baxımından əhəmiyyətli olduğunu qeyd edən prezident Ersin Tatar bütün yaşananlardan sonra ŞKTC-nin statusunun artdığını bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyevin işini təqdirlə izlədiyini deyən Prezident Ersin Tatar qarşıdakı dövrdə Türkiyənin dəstəyi ilə Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin daha da artması və siyasi mənada təmasların intensivləşməsi arzularını ifadə edib.
Prezident Ersin Tatar Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib, bütün Azərbaycan xalqına öz sevgi və salamlarını çatdırıb.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov prezident Ersin Tatara “Türk Dünyasına Xidmət” mükafatını təqdim edərək, KKTC-nin müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutması üçün son illərdə göstərilən səyləri və töhfələri yaxından izlədiyini bildirib.

Bu yazını Facebookda şərh et