ADA TV kanalında KKTC`nin Türk dövlətləri ilə əlaqələri müzakirə olunub – Əhməd Şahidov və Latif Akça

Şimali Kipr Türk Respublikasının aparıcı informasiya resurslarından olan ADA TV kanalında KKTC`nin Türk dövlətləri ilə əlaqələri müzakirə olunub.

“Günaydın Ada” proqramında jurnalist Nupelda Karabuğday`ın suallarını hüquq müdafiçisi Əhməd Şahidov və Şimali Kipr Türk Respublikası Prezidentinin Ofisinin məsul əməkdaşı Latif Akça cavablandırıb.

KKTC`nin dünyada tanıdılması və Türk Dövlətləri Təşkilatına üzvlüyü, Türkiyədəki seçkilər və bu seçkilərin Türk-İslam coğrafiyaya təsiri və digər mövzular barədə danışan Əhməd Şahidov prezident Ersin Tatar ilə görüşü və beynəlxalq təşkilatlarda Kipr Türklərinin haqlarının qorunması istiqamətində yürütdüyü fəaliyyət barədə məlumat verib.

Bu yazını Facebookda şərh et