Əhməd Şahidov Türkiyədəki seçkiləri və dünya gündəmini ANews kanalında şərh edib

Türkiyədə səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov ANews Televiziyasına müsahibə verib. Recep Tayyip Erdoğanın qələbəsi barədə danışan Əhməd Şahidov Türkiyədə keçirilən seçkiləri və bu seçkilərin Türk-İslam coğrafiyasına təsirini şərh edib.

Azərbaycan-Türkiyə münasibətləri barədə danışan Əhməd Şahidov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyini və Recep Tayyip Erdoğan və İlham Əliyevin birgə fəaliyyəti nəticəsində Türk Dövlətləri Təşkilatının daha çevik və güclü şəkildə yoluna davam edəcəyini açıqlayıb.

Bu yazını Facebookda şərh et