Türkiyə tarixinin ən dinamik seçkiləri – Əhməd Şahidov Hindistan televiziyasına danışıb

28 May seçkiləri Türkiyə tarixində bir ilkdir. İlk dəfə seçkilərin ikinci turu keçirilir. Bu mərhələdə Cumhur İttifaqı`nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqı`nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Seçki prosesini yaxından izləyən siyasi şərhçi Əhməd Şahidov Hindistanın “Wion” telekanalına müsahibə verib. Seçki prosesini şərh edən Əhməd Şahidov deyib ki, bu seçkilər Türkiyəni daha böyük inkişaf yoluna aparacaq.

Bu yazını Facebookda şərh et