“2020`ci ildən sonra yaranan geosiyasi vəziyyət Ermənistana yeni perspektivlər vəd edir” – Əhməd Şahidov

44 günlük İkinci Qarabağ Müharibəsinin ardından Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb. Bugün Azərbaycan və Ermənistan arasında sülh danışıqları uğurla davam edir. Bu, həm də Ermənistan üçün tarixi bir şansdır.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, erməni xalqı yaranmış fürsəti doğru şəkildə qiymətləndirməli və Azərbaycanla sülh müqaviləsi qısa zamanda imzalanmalıdır. Məhz bundan sonra Ermənistan Azərbaycan və Türkiyə sərhədləri aça və əməkdaşlıq edə biləcək.

Bu yazını Facebookda şərh et