“Qarabağdakı rus sülhməramlılar Zəngəzura köçürülür” – Əhməd Şahidov ARB24 kanalına şərh edir

İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda yerləşdirilən rus sülhməramlılar artıq bölgəni tərk edirlər. Azərbaycan və Rusiya liderləri arasında əldə edilən razılaşmaya əsasən, May ayının sonuna qədər rus sülhməramlılar tamamən Azərbaycanı tərk edəcəklər. Görünən odur ki, Azərbaycandan çıxan rus ordusu Rusiyaya deyil, Ermənistana yerləşdirilir. Konkret olaraq, Zəngəzur bölgəsinə yerləşdirilən rus ordusunun gələcəkdə hansı məqsədlərə xidmət edəcəyini zaman göstərəcək.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov Ermənistana yerləşdirilən rus sülhməramların gələcəkdə açılacaq Zəngəzur Koridorunun təhlükəsizliyinə məsul olacaqlarını bildirib.

Bu yazını Facebookda şərh et