“Erməni sakinlərin etirazları delimitasiya prosesinə təsir etməyəcək” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistanın Kirants kəndinin sakinləri Ermənistanla Gürcüstanı birləşdirən yolu bağlayıblar. Erməni sakinlər Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrinin demarkasiyası haqqında razılaşmaya və 4 kəndin Azərbaycana verilməsinə etiraz edirlər.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bu etirazların heç bir nəticə verməyəcəyini bildirib: “Bu, Ermənistanın daxili işidir. İstənilən halda, bu etirazlar bir nəticə verməyəcək. İki ölkə arasında sərhədlərin müəyyən edilməsi prosesi yekunlaşacaq və sülh müqaviləsi imzalanacaq.”

Bu yazını Facebookda şərh et