“Fransa Cənubi Qafqazda Azərbaycanın güclənməsini əngəlləməyə çalışır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Fransanın son dövrlər Azərbaycana qarşı təxribat yönümlü addımları bitmək bilmir. Mütəmadi olaraq, Bakıya qarşı ittiham xarakterli açıqlamalar verən Parisin narahatlığı əslində Cənubi Qafqazda güc balansının Azərbaycanın xeyrinə kəskin dəyişməsidir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Fransa bölgədə Azərbaycanı özünə yeni rəqib görür və bundan da ciddi narahatlıq keçirir. Bakının artan gücünü əngəlləmək məqsədilə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli siyasətini davam etdirir.

Bu yazını Facebookda şərh et