“Rusiya nüvə silahından istifadə edə bilərmi?” – Əhməd Şahidov ARB24 kanalında şərh edir

Son dövrlər Ukrayna cəbhəsində Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı müzakirələr artmaqdadır. Xüsusən də, ABŞ və Qərb ölkələrinin Ukraynaya ən müasir hücum silahlarının tədarükündən sonra Ukrayna ordusunun Rusiya şəhərlərinə raket hücumları intensivləşib. Bu da Moskvanın mümkün nüvə cavabı verməsini gündəmə gətirib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Rusiyanın nüvə silahından istifadə etməsi mümkündür. Nüvə silahı təkcə Ukrayna ərazisinə deyil, hətta bir sıra Qərbi Avropa ölkələrinə də atıla bilər. Bu arada Niderlandın nüvə hücumuna məruz qalacağı ilə bağlı söhbətlər artmaqdadır.

Bu yazını Facebookda şərh et