“ATƏT`in Minsk qrupu fəaliyyət göstərmir, rəsmən ləğv edilməlidir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Azərbaycan və Ermənistan arasında son 30 ildə mövcud olmuş münaqişənin sülh yolu ilə həllində vasitəçilik etməli olan ATƏT`in Minsk Qrupu ötən dövr ərzində heç bir əməli addım atmadı. Nəhayət, Azərbaycan öz torpaqlarını hərbi yolla geri almağa müvəffəq oldu. Bugün iki ölkə arasında delimitasiya və demarkasiya prosesi uğurla davam edir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üzrə iş gedir. Belə olan halda ATƏT`in Minsk Qrupunun fəaliyyətinin kağız üzərində saxlanılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı ARB24 kanalına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, ATƏT`in Minsk Qrupu illərdir ki, fəaliyyət göstərmir. Bugün də bu qurumun mövcudluğu kağız üzərindədir. Belə olan halda ATƏT rəhbərliyi bu qurumu niyə saxlayır və məqsəd nədir? Düşünürəm ki, Bakı və İrəvan birbaşa dialoq şəklində sülh prosesini davam etdirə bilir və belə olanda heç bir vasitəçiyə ehtiyac yoxdur.

Bu yazını Facebookda şərh et