“Son 8 aylıq müharibə İsrailin beynəlxalq imicini yerlə bir edib” – Əhməd Şahidov ARB24 kanalına danışıb

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib. Qətnaməyə əsasən, bütün tərəflər heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməlidir.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov atəşkəs haqqında qərarın əldə edilməsini müsbət addım kimi dəyərləndirib və bu atəşkəsin uzunmüddətli olacağına və bölgədə sülhə gətirib çıxaracğına inanmaq istədiyini qeyd edib. Lakin İsrailin bu razılaşmaya sonadək əməl edəcəyinə inanmadığını deyən Əhməd Şahidov bugünkü şərtlərdə İsrailin bu qətnamə ilə razılaşmağa məcbur olduğunu da bildirib. Çünki, son 8 aylıq müharibə İsrailin beynəlxalq imicini yerlə bir edib. Bugün bütün dünya İsraili qınayır və Fələstində törədilənləri müharibə cinayəti olaraq görür. Bütün dünyanın etirazları ilə üz-üzə qalan İsrail hökuməti həm beynəlxalq ictimaiyyəti sakitləşdirmək, həm də Netanyahu hökuməti daxilindəki parçalanmaları durdurmaq məqsədilə belə bir addım atıb. Əhməd Şahidovun sözlərinə görə, bir-neçə həftədən sonra İsrail hərbi əməliyyatları bərpa edəcək.

Bu yazını Facebookda şərh et