“ABŞ və Ukrayna arasında imzalanan təhlükəsizlik sazişi müharibənin uzun müddətli olacağını göstərir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

ABŞ və Ukrayna dövlətləri arasında təhlükəsizlik sazişi imzalanıb. İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə birlikdə təhlükəsizlik sazişinə qol çəkib. Mərasim “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində baş tutub.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ`ın ardınca digər Qərb dövlətləri də Ukrayna ilə təhlükəsizlik sazişləri imzalayacaq ki, bu da Ukrayna cəbhəsində müharibənin hələ uzun illər davam edəcəyini deməyə əsas verir.

Bu yazını Facebookda şərh et