“İsveçrə sülh sammiti Ukraynada müharibənin uzadılmasına xidmət edir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Bu gün İsveçrədə 92 ölkə və 8 beynəlxalq təşkilatın iştirakı ilə Qlobal Sülh Sammiti öz işinə başlayacaq. Müzakirələrin gündəliyinə ərzaq və nüvə təhlükəsizliyi, eləcə də ukraynalı uşaqların geri qaytarılması kimi məsələlər salınıb. Toplantının gedişində tərəflərin Rusiya ilə danışıqlara dair ortaq mövqe formalaşdıracağı gözlənilir. Qeyd edək ki, bir qədər əvvəl Rusiya və Çin iki günlük sammitin işində iştirakdan imtina edib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, İsveçrədə keçirilən sülh sammiti əslində Ukraynada müharibənin hələ uzun illər davam etməsinə xidmət edir. Çünki, Rusiya və Çinin bu sammitdə iştirak etməməsi ortada sülhdən çox, müharibə gündəliyinin olduğunu göstərir. Başda ABŞ olmaqla, Qərb dövlətlərinin sammit çərçivəsində Ukraynaya maliyyə yardımları barədə razılığa gəlməsi bir daha göstərir ki, Ukraynada müharibə hələ uzun illər davam edəcək.

Bu yazını Facebookda şərh et