“Ermənistandakı etirazlar yayın ortalarına qədər səngiyəcək” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistanda revanşist qüvvələrin etiraz aksiyaları davam etməkdədir. Erməni keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi aksiyalarda baş nazir Nikol Paşinyanın istefası tələb olunur, Azərbaycanla delimitasiya prosesinin dayandırılması tələb olunur.

Mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Əhməd Şahidov iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin bitmək üzrə olduğunu bildirib və növbəti mərhələdə 4 kəndin də Azərbaycana qaytarılacağını deyib. Ermənistandakı etiraz aksiyaları isə yayın ortalarına qədər səngiyəcək. Çünki baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması indiki mərhələdə mümkün olmayacaq.

Bu yazını Facebookda şərh et