“Azərbaycan 8 kənd uğrunda hərbi əməliyyatlara başlaya bilər” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi davam etdikcə erməni cəmiyyətində baş nazir Nikol Paşinyana qarşı etiraz dalğası genişlənməkdədir. Ermənistan daxilindəki revanşist-intiqamçı qüvvələr iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını əngəlləmək üçün müxtəlif təxribatlara əl atırlar.

Mövzu ilə bağlı ARB24 Televiziyasına müsahibə verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, 8 kəndin Azərbaycana geri təhvil verilməsi qaçılmazdır və rəsmi Bakı bu məsələdə geri addım atmayacaq.

Bu yazını Facebookda şərh et