“Moskvadakı terror aktından sonra Rusiya Baltik ölkələrinə hücuma keçə bilər” – Əhməd Şahidov ARB kanalına danışıb

Moskvada törədilən dəhşətli terror hücumu dünyada heç bir ölkənin bu bəladan sığortalanmadığını bir daha göstərmiş oldu. Moskva terrorunun arxasında hansı güclərin dayandığı barədə müxtəlif şərhlər səslənir. Amma bir məqam dəqiqdir ki, bu terror hadisəsindən sonra rəsmi Kreml nəinki Ukrayna cəbhəsində hərbi əməliyyatları gücləndirəcək, hətta bir sıra Baltikyanı ölkələrlə bağlı uzun zamandır planlaşdırdığı planlarını da işə salacaq.

Məsələ ilə bağlı ARB Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, artıq Rusiyanın qarşısında əngəl qalmır. Bu terror hadisəsi Kremlin atacağı addımları qətiləşdirib və tezliklə bunun fəsadlarını bütün dünya müşahidə edəcək.

Bu yazını Facebookda şərh et