“Ukrayna meydanda məğlubiyyətə tərk edilir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Ukrayna-Rusiya cəbhəsində vəziyyət Moskvanın xeyrinə dəyişməkdədir. Bir-birinin ardınca ərazilərini itirən Ukrayna rəhbərliyi Moskva ilə sülh danışıqlarına hazır olduğunu bəyan edib. Moskva isə hərbi əməliyyatları sonadək davam etdirməkdə qərarlıdır. Qərbdən hərbi yardımların azaldığı bir dövrdə prezident Zelenski və onun komandası çıxılmaz vəziyyətə düşüb.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şəhrçi Əhməd Şahidov Ukraynaya hərbi yardım edilməsi məsələsində Qərbdə fikir ayrılıqlarının dərinləşdiyini deyib və NATO`nun heç bir halda Rusiya ilə birbaşa qarşıdurmaya getmyəcəyini bildirib.

Bu yazını Facebookda şərh et