“BQXK öz fəaliyyətində ciddi korrektələr etməlidir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Son günlər Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti ilə bağlı müzakirələr aparılır. Bu qurumun Azərbaycana münasibətdə sərgilədiyi ikili standartlar ciddi tənqid olunmaqdadır. Son 30 ildə Ermənistanın hərbi təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi işğal olunmuş Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən narazıdır.

Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK-nın onların tapılaraq geri qaytarılması yönündə ardıcıl və məqsədyönlü işlər həyata keçirdiyini söyləmək çətindir.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdfiəçisi Əhməd Şahidov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda qalıb fəaliyyətini davam etdirmək istəyirsə, Azərbaycanla bağlı siyasətində ciddi korrektələr etməlidir.

Bu yazını Facebookda şərh et